Nailiyyətlərimiz

"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ" ADLI KONFRANSIN QALİBİBakı şəhər İcra Hakimiyyətinin hər il keçirtdiyi ənənəvi "Heydər Əliyev və Azərbaycan tarixi" adlı elmi praktik konfransı növbəti dəfə Xəzər Rayon İcra Hakimiyyətinin vasitəçiliyi ilə həyata keçirilib. Konfransda Xəzər rayonun 30 məktəbindən 10 məktəb fərqlənərək yer tutub. Rayon turunda 125 nömrəli məktəbin Xl a sinif şagirdi Dadaşov Hüseyn "Cəncə xanlığı-Cavad xan" mövzusunda referatla çıxış edib. Onun təqdim etdiyi bu mövzu iştirakçıların, komissiyası üzvlərinin, Bakı şəhər İcra Hakimiyyəti nümayəndəliyinin çox xoşuna gəlib və bu müsabiqənin qalibi 125 nömrəli məktəbin şagirdi Dadaşov Hüseyn elan olunub. Şagirdimizə bu yolda uğurlar arzu edirik.

BURAXILIŞ İMTAHANINDA 300 BAL TOPLAYAN ŞAGİRDİMİZ - AĞAZADƏ NİGAR5 və 6 mart tarixində keçirilən XI siniflərin buraxılış imtahanında respublika üzrə ən yüksək bal - 300 bal toplayan məzunlardan biri - Bakı şəhəri 125 nömrəli tam orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı bizim məktəbin qürur və iftixar mənbəyidir. IX sinifdə oxuyarkən Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yer tutaraq qızıl medala layiq görülən Nigar məqsədyönlü fəaliyyəti, əzmi, qabiliyyəti, məsuliyyəti ilə daim fərqlənmiş, dərs əlaçısı olmuşdur. Elmə sevgisi, çalışmaq bacarığı, mənəvi keyfiyyətləri zəngin olan Nigar sübut etdi ki, zəhmət çəkən yüksələr. Nigara xəyallarını reallaşdırmaq üçün irəlilədiyi bu nurlu yolda bol uğur arzulayır, ali məktəbə qəbul imtahanında yüksək nəticələr əldə etməyi diləyir, ürəkdən təbrik edirik. Sevimli Nigar, biz sənə güvənirik! İnanırıq ki, arzularına qovuşacaqsan. Sənin kimi gənclər Azərbaycanımızın yaradıcı gələcəyidir. Hər kəs öz həyatını özü yaradar. Böyük Yaradan köməyin olsun!

ŞAHMAT YARIŞINDA ŞAGİRDİMİZİN UĞURUMəktəbin X -sinif şagirdi şahmatçı Cəfərova Aysel yeni qələbəyə imza atmışdı. Bu dəfə şagirdimiz Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzi Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş Şahmat üzrə Respublika birinciliyində III - yer tutduğuna görə məktəbin direktoru Əliyeva Zeynəb ürəkdən təbrik edir, ona gələcək yarışlarda uğurlar diləyir.

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Ağazadə Əhədulla

Ləman Babayeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi