Nailiyyətlərimiz

KENQURU BEYNƏLXALQ RİYAZİYYAT MÜSABİQƏSİNDƏ YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN ŞAGİRDLƏRİMİZ14 Noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində məktəbimizin şagirdləri Ağayev Rəsul, Ağayev Aslan, Abdullazadə Hüseyn, Heybətov Hüseyn, İslamzadə Riyad, Paşazadə Zəhra, Əliyev Həmdulla, Nağıyev İlkin iştirak edərək yüksək nəticələr əldə etmişlər. Ən yüksək nəticə 1933 yaşıdları arasından 49-cu yer Vl sinif şagirdi Ağayev Rəsul qazanmışdır. Məktəbin direktoru Əliyeva Zeynəb şagirdlərimizi təbrik edir, uğurlarımızın davamlı olmasını bildirdi.

BEYNƏLXALQ RİYAZİYYAT OLİMPİADASINDA UĞURUMUZBeynəlxalq Riyaziyyat olimpiadasında (Amerika riyaziyyat olimpiadası) ingilis dilində Bakı şəhəri Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin şagirdləri 11A sinif şagirdləri Ağazadə Nigar,Babayeva Ləman Bürünc medal qazanmışlar. İti zəkalı, məntiqli, riyazi təfəkkürlü şagirdlərimizlə fəxr edir, qürur duyuruq. Məktəbin direktoru Əliyeva Zeynəb şagirdlərimizi ürəkdən təbrik edir və onlarla fəxr etdiyini bildirir. Afərin qızlar.

"XARIBÜLBÜL" RƏQS FESTİVALINDA BİRİNCİLİK8 Noyabr 2020-ci il -Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış gündür. Vətən müharibəsində Qarabağın nadir gülü sayılan Xarıbülbül şəhidlərin xatirəsinin rəmzinə çevrildi. Zəfər gününün təntənəli şəkildə keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin ümumtəhsil məktəblilərinin rəqs kollektivləri arasında onlayn keçirilən "Xarıbülbül" rəqs festivalında məktəbimizin "Little crew dance" rəqs qrupu iştirak edərək bu müsabiqəsində I yerə layiq görülmüşdür. Şagirdlərimizi məktəbin direktoru Əliyeva Zeynəb təbrik edir, uğurlar diləyir! #"Qarabağ Azərbaycandır!"

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Ağazadə Əhədulla

Məmmədova Əsmətxanım Məmməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi