HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ildə yeni tikilmiş tədris binasına köçürülmüşdür. Binanın açılışında Azərbaycan Respublikasının Prezidenti iştirak etmişdir.Bina 2 korpusdan ibarətdir. 125 nömrəli tam orta məktəb öz dəsti-xətti, xüsusi ənənələri ilə fərqlənən və birincilər sırasında olan təhsil ocaqlarından biridir. Bu illər ərzində məktəb 2 akademik,5 professor, 40 elmlər namizədi,40 qızıl, gümüş tərifnamələr və fərqlənmə attestatları ilə təhsili başa vuran məzunlar yetirmişdir. Məktəbdə 2 əməkdar müəllim fəaliyyət göstərmişdir ki, hər ikisi ədəbiyyat müəllimi Heydər Eyvazov da, ibtidai sinif müəllimi Tamara Aslanova da məktəbin məzunları olmuşlar. Bu ənənə hal-hazırda da davam edir. Məktəb kollektivinin 80%-i məktəbin məzunlarıdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixi, 997 nömrəli Sərəncamı ilə Bakı şəhəri 125 nömrəli tam orta məktəbi 2009-2010-cu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi