FƏXRİMİZ

Əfqan  Əliyev  Məhmətulla  oğlu

1964-cü  il  yanvar   ayının   10-da    Bakı   şəhəri, Buzovna   qəsəbəsindəki     Əliyevlər    ailəsində   Əfqan   Əliyev     dünyaya    gəlib.1971-ci   ildə     125  nömrəli   məktəbin   I-ci   sinfinə   qəbul   olub, 1979-cu   ildə   həmin   məktəbin  VIII-ci  sinfini   bitirib. Təhsilini  həmin   qəsəbədəki   55  nömrəli   Texniki   Peşə   Məktəbində   “Avtomobil   çilingəri”   ixtisası   üzrə   davam  etdirib.   Məktəbi   bitirdikdən  sonra   ordu   sıralarına  çağırılıb. Tümen   şəhərində   qulluq   edib, ordudan   qayıdandan  sonra   Mərdəkan   qəsəbəsindəki   Makaron   fabrikində   işləyib. Fabrikdə   işlədiyi   müddətdə    kollektiv   arasında   öz   işgüzarlığı,  mehribanlığı   və   səmimiliyi   ilə   hamının  sevimlisi   olmuşdur.

Erməni   təcavüzkarları   Azərbaycan   torpağına   hücum    etdiyi   illərdə  Əfqan    Vətənin  müdafiəsinə   qalxıb, 1993-cü  ilin   noyabrında   Ağdam   bölgəsinə   torpaqlarımızın   bütövlüyü    uğrunda    döyüşlərdə    iştirak   edir. Əfqan   Əliyev   torpaqlarımızın   azadlığı   uğrunda  gedən  döyüşlərdə   fəal   iştirak  edib. Yaralı    döyüşçü   dostlarını   döyüş  meydanından   çıxararkən,1994-cü  ilin   yanvarın   20-də   xain   düşmən   gülləsinə   tuş  gəlib. Əfqan   Əliyev   doğulub,   böyüyüb,  başa  çatdığı    Buzovna   qəsəbəsindəki    qəbirstanlığında   dəfn   edilib.

Hal-hazırda    Buzovna   qəsəbəsindəki  125  nömrəli  məktəb  Əfqan   Əliyevin  adını   daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi