Kiçik Akademiya

"Nizami Gəncəvi-880 il" adlı elmi konfrans keçirildi"Nizami Gəncəvi ili" çərçivəsində məktəbimizin "Kiçik Akademiya"sının humanitar şöbəsinin təşkilatçılığı ilə "Nizami Gəncəvi-880 il" adlı elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan məktəb "Kiçik Akademiyası"nın prezidenti Sara Quliyeva-Hüseynova tədbir iştirakçılarını salamladı, onlara Nizami Gəncəvinin sadəcə Azərbaycanımızın deyil, ümumbəşəri dəyər olduğunu vurğuladı. Tədbiri açıq elan etmək üçün söz məktəbimizin direktoru Əliyeva Zeynəb müəllimə verildi. Zeynəb müəllimə Nizami Gəncəvinin ədəbiyyatımızın üçün əhəmiyyətini vurğuladı. Nizaminin əsərlərinin, xüsusilə "Xəmsə"sinin ədəbiyyatımızdakı tutduğu önəmli mövqedən bəhs etdi. Məktəbimizin ədəbiyyatçıları-Əməkdar müəllim İradə Zahidova, Gülarə Salami, Şükufə Əhmədova, İlahəxanım Haciyeva çıxışlarında Nizaminin əsərlərindəki ideyaların günümüz üçün aktuallığından, Nizaminin əsərlərini əruz vəznində yaratmasına rəğmən xalq üslub dilindən məharətlə istifadə edərək böyükdən-kiçiyə hər kəs tərəfindən sevilməsi onun bir şair ustadlığının göstəricisi olduğu vurğulandı. Konfrans əsnasında şagirdlərin sualları cavablandırıldı. Tədbir Zeynəb müəllimin konfrans iştirakçılarına təşəkkürü, "Kiçik Akademiya"nın işlərində uğurlar arzulaması ilə yekunlaşdı.

Ətraflı

Uşaqlar hüquqlarını bilirmi?30 may tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, sosial şöbənin təşkilatçılığı ilə "1 İyun-Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş "Uşaqlar hüquqlarını bilirmi? mövzusunda məktəbimizin psixoloqu İlhamə Həsənova ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova şagirdləri salamladı. Onları bayram münasibətilə təbrik etdi. Gələcəyimizi daha da gözəlləşdirəcək olan körpələrimizə can sağlığı, təhsil həyatında uğurlar dilədi. Tədbiri açıq elan etmək üçün söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. Zeynəb müəllimə çıxışında şagirdlərimizi təbrik etdi. Qalib ölkənin vətəndaşları olan körpələrimizə gələcək təhsil həyatlarında uğurlar arzuladı. Çıxış üçün söz məktəbimizim psixoloqu İlhamə müəlliməyə verildi. İlhamə müəllimə uşaqlara hüquqları haqqında məlumatlandırdı. Daha sonra müəllimə uşaqlara hansı hallarda hüquqlarının pozulması haqqında məlumatlar verdi. Vurğuladı ki, bəzən uşaqların hüquqları məktəb mühitində də pozulur. Belə hallarda mütləq şəkildə məktəbin uşaq birliyi təşkilatı rəhbərindən, məktəb psixoloqundan yardım ala biləcəklərini onlara söylədi. Tədbirin sonunda söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. Zeynəb müəllimə uşaqlara hüquqlarını bilməyin gələcəkdə şəxsiyyət kimi yetişməklərində əhəmiyyətini izah etdi. Qalib ölkənin qalib körpələrinə gələcəyimizin onların əllərində olduğunu bunun üçün də yaxşı oxumağın vacibliyini vurğuladı. Ölkəmizdə şagirdlərimizin hüquqlarının dövlətimiz tərəfindən qorunduğu, uşaqlara diqqətin ön planda olduğunu vurğuladı. Zeynəb müəllimə gözəl tədbir üçün "Kiçik Akademiya"ya təşəkkür etdi. KA-nın uğurlarının davamlı olmasını dilədi. Gələcəyin akademiklərinin yetişəcəyi "Kiçik Akademiya"nın körpə üzvlərinin bayramı təbrik etdi.

Ətraflı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü31 may  tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, sosial şöbənin təşkilatçılığı ilə "1 İyun-Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova şagirdləri salamladı. Onları bayram münasibətilə təbrik etdi. Gələcəyimizi daha da gözəlləşdirəcək olan körpələrimizə can sağlığı, təhsil həyatında uğurlar dilədi. Tədbiri açıq elan etmək üçün söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. Zeynəb müəllimə çıxışında şagirdlərimizi təbrik etdi. Qalib ölkənin vətəndaşları olan körpələrimizə gələcək təhsil həyatlarında uğurlar arzuladı. Daha sonra söz "Kiçik Akademiya"nın sosial şöbəsinin rəhbəri İlahə Məmmədovaya verildi. O, qardaş Türkiyədən olan şagirdlərin bizim məktəbin şagirdlərinə olan salamları və təbrikləri əks olunmuş video yazını şagirdlərə göstərdi. Tədbir körpələrimizin gözəl çıxışlarını izləməklə davam etdi. Tədbirin sonunda söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. O, gözəl tədbir üçün "Kiçik Akademiya"ya təşəkkür etdi. KA-nın uğurlarının davamlı olmasını dilədi. Gələcəyin akademiklərinin yetişəcəyi "Kiçik Akademiya"nın körpə üzvlərinin bayramını təbrik etdi.

Ətraflı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş konfrans keçirildi27 may tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, humanitar şöbənin təşkilatçılığı ilə teams platforması üzərindən dövlətçilik tariximizi dərindən mənimsətmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova müəllimləri və şagirdləri salamladı, şagirdlərə tariximizi öyrənməyin vacibliyindən, ölkəmizin gələcəyinin onların əlində olduğunu qeyd etdi. Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Zeynəb müəllimə Əliyevaya verildi. O, dövlətçilik tariximizin, dövlətçilik ənənələrimizin tarixi kökləri haqda şagirdləri məlumatlandırdı. Bir zamanlar süquta uğradılmış cümhuriyyətimizin ulu öndərimiz Heydər Əliyev sayəsində müstəqil Azərbaycan olaraq yenidən dirçəldilib, inkişaf etdirilməsindən, 44 günlük möhtəşəm qələbəmizdən bəhs etdi. Konfransda çıxış üçün söz məktəbimizin səyyah-tarixçi müəllimi Zümrüd Məmmədovaya verildi. O, şagirdləri cümhuriyyətin fəaliyyəti haqqında məlumatlandırdı. "Tərəqqi" medallı tarixçimiz Elmira müəllimə Rəhimova cümhuriyyətin xarici və daxili siyasətindəki uğurlarından, ömrü 23 ayı əhatə etsə Şərqdə cümhuriyyət üsulu kimi yaradılan bu dövlətin keçdiyi şərəfli tarixi yol haqqında şagirdləri məlumatlandırdı. Tədbir şagirdlərin sualları, respublika günü ilə əlaqədar hazırladıqları şeirlərlə davam etdi. Tədbirin sonunda məktəbin direktoru Zeynəb Əliyeva şagirdləri bayram münasibətilə təbrik etdi. Onları tarixlərini heç zaman unutmamağa səslədi. Qeyd etdi ki, cümhuriyyətimizin qurduğu, ulu öndərimiz Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində yüksələn Vətənimiz 44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün dünyaya tarix dərsi verərək susdurması xalqın öz tarixini necə dərindən öyrənməsinin vacibliyini bizə göstərdi. Zeynəb müəllimə hər bir şagirdimizə uğurlar arzulayıb, bayramlarını təbrik etdi.

Ətraflı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş bilik yarışı keçirildi25 may tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, humanitar şöbənin təşkilatçılığı ilə teams platforması üzərindən dövlətçilik tariximizi dərindən mənimsətmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş VI-cı siniflər arasında bilik yarışı keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova müəllimləri və şagirdləri salamladı, şagirdlərə yarışda uğurlar arzuladı, onlara tarixi öyrənməyin vacib olduğunu vurğuladı. Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Əliyeva Zeynəb müəllimə verildi. O, dövlətçilik tariximizin, dövlətçilik ənənələrimizin tarixi kökləri haqda şagirdləri məlumatlandırdı. Onlara bu günki yarışda uğurlar arzuladı. Yarışda iştirak edən hər üç komanda biliklərini yüksək səviyyədə nümayiş etdirdilər. Yarışda VI "a" sinfinin "Xudafərin" komandası birinci pilləni, 6"c" sinfinin "Zirvə" komandası ikinci yer, 6"b" sinfinin Qartal komandası üçüncü yeri tutdular. Yarışda cümhuriyyət tariximizlə yanaşı 44 günlük möhtəşəm qələbəmizə dair suallar da səsləndi. Şagirdlərimizin şərəfli tariximizi necə dərindən mənimsədiklərinin canlı şahidi oldu. Yarışda iştirak edən tarix müəllimlərimiz çıxışlarında bu yarışda əsas məqsədin biliklərimizi dərinləşdirmək olduğunu vurğuladılar. Tədbirin sonunda məktəbin direktoru Zeynəb Əliyeva şagirdləri bayram münasibətilə təbrik etdi. Onları tarixlərini heç zaman unutmamağa səslədi. Qeyd etdi ki, 44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün dünyaya tarix dərsi verərək susdurması xalqın öz tarixini necə dərindən öyrənməsinin vacibliyini bizə göstərdi. Hər bir şagirdimizə uğurlar arzulayır, bayramlarını təbrik edirik.

Ətraflı

"22 May-Beynəlxalq biomüxtəliflik günü" münasibətilə "Təbiətimizi qoruyaq!" adlı tədbir keçirildi22 may tarixində teams platforması üzərindən Kiçik Akademiyanın Təbiət şöbəsinin təşkilatçılığı ilə məktəbimizin biologiya müəllimi, eyni zamanda Kiçik Akademiyanın təbiət şöbəsinin rəhbəri Cəfərova Gülnarə müəllimənin "22 May-Beynəlxalq biomüxtəliflik günü" münasibətilə "Təbiətimizi qoruyaq!" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb müəllim təbiətdəki canlıları qorumağın əhəmiyyətindən bəhs etdi. Kiçik Akademiyanın bu mövzuda şagirdləri maarrifləndirilməsi yolundakı işini yüksək qiymətləndirdi. Daha sonra söz biologiya müəllimi Gülnarə Cəfərovaya verildi. Gülnarə müəllim öz çıxışında təbiətin biomüxtəlifliyindən bəhs etdi. Nəsli tükənməkdə olan heyvanlar haqqında, bunun səbəbləri haqqında geniş məlumat verdi. Qarabağ atını göstərərkən bizim böyük 44 günlük zəfərimizdən bəhs etdi. Qeyd etdi ki, güclü ordumuz sayəsində artıq Qarabağ atları da tezliklə öz doğma yurdlarına geri dönəcəklər. Əvvəlkitək Cıdır düzündə o atların qaçışını izləyəcəyik. Ümummili liderimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev fondunun təbiət qorumaq məqsədilə gördüyü işlərdən, İDEA təşkilatının bu sahədə fəaliyyətindən geniş bəhs etdi. Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev digər sahələrdə olduğu kimi bu sahəyədə diqqətini əsirgəmir. Söz Kiçik Akademiyanın rəhbəri Quliyeva-Hüseynova verildi. Gözəl tədbir üçün Gülnarə müəlliməyə təşəkkür etdi. Təbiətimizi qorumağın hər birimizin borcu olduğunu vurğuladı. Məktəbimizin direktoru Zeynəb müəllim virtual səyahətimizi yüksək qiymətləndirdi. Kiçik Akademiyanın fəaliyyətində uğurlar arzuladı.

Ətraflı

"Kiçik Akademiya"nın iclası keçirildi125 N-li tam orta məktəbdə faəliyyət göstərən "Kiçik Akademiya"nın iclası keçirilib. Məktəbin Kiçik Akademiyasının iclasını giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Əliyeva müəllimləri salamladı. O, müəllimləri "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri ilə tanış etdi. Zeynəb müəllimə bu əmrə əsasən, məktəbimizdə "Kiçik Akademiya"nin fəaliyyətini daha da artırmaq, yeni-yeni layihələrə imza atmaq üçün daha çox çalışmaq lazım olduğunu vurğulayıb. Daha sonra səsvermə yolu "Kiçik Akademiya"nın prezidenti, vitse prezidenti, şura üzvləri, Şagird Elmi Cəmiyyətinin prezidenti və vitse prezidenti, intellektual oyunlarda iştirak edəcək komanda üzvləri, "İntellekt" qəzetinin redaksiya heyəti seçilib, təsdiqləndi. KA-da beş: humanitar, texniki, təbiət, incəsənət, sosial bölmənin fəaliyyət göstərməsi qərara alındı. Müəllimlərin səsverməsi nəticəsində KA-nın prezidenti Sara Quliyeva-Hüseynova, vitse prezidenti İlahəxanım Hacıyeva, humanitar şöbənin rəhbəri Xədicə Qurbanova, texniki şöbənin rəhbəri Vüsalə Nəsirli, təbiət şöbəsinin rəhbəri Gülnarə Cəfərova, incəsənət bölməsinin rəhbəri Mehriban Səlimova, sosial şöbəsinin rəhbəri İlahə Məmmədova seçildi. Tədbir əsnasında "Kiçik Akademiya"nın nizamnaməsi, fəaliyyət planı təsdiqləndi. Şura üzvləri may-iyun ayı üçün nəzərdə tutulan işləri müzakirə ediblər. Tədbirin sonunda məktəbin direktoru Zeynəb Əliyeva şura üzvlərinə tövsiyələrini verib, gələcək işlərdə uğurlar arzulayıb.

Ətraflı

Məktəbin Kiçik Akademiyasının loqosu hazırlanıbMəktəbin Kiçik Akademiyasının loqosu hazırlanıb. Loqonun izahı: Bizim loqomuz milli kimiliyimizin sübutu olan bayrağımızın rənglərinin üzərində qurulub. Xarıbülbül elementi: 1.Biz loqomuzu hazırlayarkən möhtəşəm 44 günlük qələbəmizi də unutmadıq. Qələbəmizin simvolu olan xarıbülbül elementini də loqomuza əlavə etdik. Bununla da şagirdlərimiz hər dəfə loqomuza baxarkən möhtəşəm qələbəmizi xatırlayacaqdır. Bu onlara necə əzəmətli bir xalqın nümayəndəsi olduğu mesajını verəcəkdir. 2.Məzun papağı: Loqomuzda biz həmçinin şagirdlərimizi simvolizə edən məzun papağından da istifadə etmişik. Bu elementdən istifadə etməkdə məqsədimiz Kiçik Akademiyanın şagirdlərin inkişafı üçün fəaliyyət göstərdiyinə diqqət çəkməkdir. 3.Qələbə (kubok) işarəsi: Məktəbimiz hər zaman təhsil sahəsində böyük uğurlara imza atmışdır. Şagirdlərimizin dərin biliyinin olması, şəxsiyyət kimi yetişməsi məktəbimizin ən ali məqsədidir. Biz bu uğur serüvenini Kiçik Akademiyadakı fəaliyyətimizlə davam etdirəcəyimizə ümid edirik. KA-nın fəaliyyəti də şagirdlərimizin həm dünyagörüşündə, həm də biliklərini zənginləşdirilməsinə öz töhvələrini verəcəkdir. Loqomuzda həmçinin 5 şəkil də öz əksini tapmışdır. Bunların mənası bizim məktəbdə KA-nın 5 bölmədən ibarət olmasıdır: 4.Atom elementi: KA-da təbiət bölməsinin fəaliyyət göstərdiyinə işarədir. 5.Palitra şəkli: KA-da incəsənət bölməsinin fəaliyyət göstərdiyinə işarədir. 6.Pi elementi: KA-nın texniki bölməsini təmsil edir. 7.Ağac elementi: Kiçik Akademiyada sosial bölmənin fəaliyyət göstərdiyinə bir işarədir. 8.Rəngli beynin mənası: Bilirsiniz ki, insanın hansı sahəyə maraq göstərməsi, hansı sahədə uğurlu olması onun beyninin o sahəsinin daha yaxşı çalışdığının nümunəsidir. Biz də öz ətrafımızda müxtəlif sahəyə maraq göstərən şagirdlərimizi cəmlədiyimizi bu şəkil vasitəsi ilə nümayiş etdiririk. 9.Loqomuzda kitab şəkli də öz əksini tapmışdır. Kitab şəkli ilə biz həm humanitar bölmənin fəaliyyətinə, həm də kitabın bilik mənbəyi olması fikrindən irəli gələrək şagirdlərimizin biliyini inkişaf etdirəcəyimizi vurğulamışıq. 10.Kitabın üzərində şüarımız əks olunub. Müzəffər Ali Baş Komandanımızın İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsinə istinad edərək biz də şüar kimi: " Qüvvət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz" ifadəsini seçdik.

Ətraflı
HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Ləman Babayeva

Rəsul Ağayev Rizvan

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Ləman Babayeva

Rəsul Ağayev Rizvan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi