Məktəbin Kiçik Akademiyasının loqosu hazırlanıb

Məktəbin Kiçik Akademiyasının loqosu hazırlanıb. Loqonun izahı: Bizim loqomuz milli kimiliyimizin sübutu olan bayrağımızın rənglərinin üzərində qurulub. Xarıbülbül elementi: 1.Biz loqomuzu hazırlayarkən möhtəşəm 44 günlük qələbəmizi də unutmadıq. Qələbəmizin simvolu olan xarıbülbül elementini də loqomuza əlavə etdik. Bununla da şagirdlərimiz hər dəfə loqomuza baxarkən möhtəşəm qələbəmizi xatırlayacaqdır. Bu onlara necə əzəmətli bir xalqın nümayəndəsi olduğu mesajını verəcəkdir. 2.Məzun papağı: Loqomuzda biz həmçinin şagirdlərimizi simvolizə edən məzun papağından da istifadə etmişik. Bu elementdən istifadə etməkdə məqsədimiz Kiçik Akademiyanın şagirdlərin inkişafı üçün fəaliyyət göstərdiyinə diqqət çəkməkdir. 3.Qələbə (kubok) işarəsi: Məktəbimiz hər zaman təhsil sahəsində böyük uğurlara imza atmışdır. Şagirdlərimizin dərin biliyinin olması, şəxsiyyət kimi yetişməsi məktəbimizin ən ali məqsədidir. Biz bu uğur serüvenini Kiçik Akademiyadakı fəaliyyətimizlə davam etdirəcəyimizə ümid edirik. KA-nın fəaliyyəti də şagirdlərimizin həm dünyagörüşündə, həm də biliklərini zənginləşdirilməsinə öz töhvələrini verəcəkdir. Loqomuzda həmçinin 5 şəkil də öz əksini tapmışdır. Bunların mənası bizim məktəbdə KA-nın 5 bölmədən ibarət olmasıdır: 4.Atom elementi: KA-da təbiət bölməsinin fəaliyyət göstərdiyinə işarədir. 5.Palitra şəkli: KA-da incəsənət bölməsinin fəaliyyət göstərdiyinə işarədir. 6.Pi elementi: KA-nın texniki bölməsini təmsil edir. 7.Ağac elementi: Kiçik Akademiyada sosial bölmənin fəaliyyət göstərdiyinə bir işarədir. 8.Rəngli beynin mənası: Bilirsiniz ki, insanın hansı sahəyə maraq göstərməsi, hansı sahədə uğurlu olması onun beyninin o sahəsinin daha yaxşı çalışdığının nümunəsidir. Biz də öz ətrafımızda müxtəlif sahəyə maraq göstərən şagirdlərimizi cəmlədiyimizi bu şəkil vasitəsi ilə nümayiş etdiririk. 9.Loqomuzda kitab şəkli də öz əksini tapmışdır. Kitab şəkli ilə biz həm humanitar bölmənin fəaliyyətinə, həm də kitabın bilik mənbəyi olması fikrindən irəli gələrək şagirdlərimizin biliyini inkişaf etdirəcəyimizi vurğulamışıq. 10.Kitabın üzərində şüarımız əks olunub. Müzəffər Ali Baş Komandanımızın İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsinə istinad edərək biz də şüar kimi: " Qüvvət elmdədir, başqa cür heç kəs. Heç kəsə üstünlük eyləyə bilməz" ifadəsini seçdik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi