Uşaqlar hüquqlarını bilirmi?

30 may tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, sosial şöbənin təşkilatçılığı ilə "1 İyun-Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş "Uşaqlar hüquqlarını bilirmi? mövzusunda məktəbimizin psixoloqu İlhamə Həsənova ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova şagirdləri salamladı. Onları bayram münasibətilə təbrik etdi. Gələcəyimizi daha da gözəlləşdirəcək olan körpələrimizə can sağlığı, təhsil həyatında uğurlar dilədi. Tədbiri açıq elan etmək üçün söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. Zeynəb müəllimə çıxışında şagirdlərimizi təbrik etdi. Qalib ölkənin vətəndaşları olan körpələrimizə gələcək təhsil həyatlarında uğurlar arzuladı. Çıxış üçün söz məktəbimizim psixoloqu İlhamə müəlliməyə verildi. İlhamə müəllimə uşaqlara hüquqları haqqında məlumatlandırdı. Daha sonra müəllimə uşaqlara hansı hallarda hüquqlarının pozulması haqqında məlumatlar verdi. Vurğuladı ki, bəzən uşaqların hüquqları məktəb mühitində də pozulur. Belə hallarda mütləq şəkildə məktəbin uşaq birliyi təşkilatı rəhbərindən, məktəb psixoloqundan yardım ala biləcəklərini onlara söylədi. Tədbirin sonunda söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. Zeynəb müəllimə uşaqlara hüquqlarını bilməyin gələcəkdə şəxsiyyət kimi yetişməklərində əhəmiyyətini izah etdi. Qalib ölkənin qalib körpələrinə gələcəyimizin onların əllərində olduğunu bunun üçün də yaxşı oxumağın vacibliyini vurğuladı. Ölkəmizdə şagirdlərimizin hüquqlarının dövlətimiz tərəfindən qorunduğu, uşaqlara diqqətin ön planda olduğunu vurğuladı. Zeynəb müəllimə gözəl tədbir üçün "Kiçik Akademiya"ya təşəkkür etdi. KA-nın uğurlarının davamlı olmasını dilədi. Gələcəyin akademiklərinin yetişəcəyi "Kiçik Akademiya"nın körpə üzvlərinin bayramı təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi