"Kiçik Akademiya"nın iclası keçirildi

125 N-li tam orta məktəbdə faəliyyət göstərən "Kiçik Akademiya"nın iclası keçirilib. Məktəbin Kiçik Akademiyasının iclasını giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Əliyeva müəllimləri salamladı. O, müəllimləri "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri ilə tanış etdi. Zeynəb müəllimə bu əmrə əsasən, məktəbimizdə "Kiçik Akademiya"nin fəaliyyətini daha da artırmaq, yeni-yeni layihələrə imza atmaq üçün daha çox çalışmaq lazım olduğunu vurğulayıb. Daha sonra səsvermə yolu "Kiçik Akademiya"nın prezidenti, vitse prezidenti, şura üzvləri, Şagird Elmi Cəmiyyətinin prezidenti və vitse prezidenti, intellektual oyunlarda iştirak edəcək komanda üzvləri, "İntellekt" qəzetinin redaksiya heyəti seçilib, təsdiqləndi. KA-da beş: humanitar, texniki, təbiət, incəsənət, sosial bölmənin fəaliyyət göstərməsi qərara alındı. Müəllimlərin səsverməsi nəticəsində KA-nın prezidenti Sara Quliyeva-Hüseynova, vitse prezidenti İlahəxanım Hacıyeva, humanitar şöbənin rəhbəri Xədicə Qurbanova, texniki şöbənin rəhbəri Vüsalə Nəsirli, təbiət şöbəsinin rəhbəri Gülnarə Cəfərova, incəsənət bölməsinin rəhbəri Mehriban Səlimova, sosial şöbəsinin rəhbəri İlahə Məmmədova seçildi. Tədbir əsnasında "Kiçik Akademiya"nın nizamnaməsi, fəaliyyət planı təsdiqləndi. Şura üzvləri may-iyun ayı üçün nəzərdə tutulan işləri müzakirə ediblər. Tədbirin sonunda məktəbin direktoru Zeynəb Əliyeva şura üzvlərinə tövsiyələrini verib, gələcək işlərdə uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi