Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş bilik yarışı keçirildi

25 may tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, humanitar şöbənin təşkilatçılığı ilə teams platforması üzərindən dövlətçilik tariximizi dərindən mənimsətmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş VI-cı siniflər arasında bilik yarışı keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova müəllimləri və şagirdləri salamladı, şagirdlərə yarışda uğurlar arzuladı, onlara tarixi öyrənməyin vacib olduğunu vurğuladı. Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Əliyeva Zeynəb müəllimə verildi. O, dövlətçilik tariximizin, dövlətçilik ənənələrimizin tarixi kökləri haqda şagirdləri məlumatlandırdı. Onlara bu günki yarışda uğurlar arzuladı. Yarışda iştirak edən hər üç komanda biliklərini yüksək səviyyədə nümayiş etdirdilər. Yarışda VI "a" sinfinin "Xudafərin" komandası birinci pilləni, 6"c" sinfinin "Zirvə" komandası ikinci yer, 6"b" sinfinin Qartal komandası üçüncü yeri tutdular. Yarışda cümhuriyyət tariximizlə yanaşı 44 günlük möhtəşəm qələbəmizə dair suallar da səsləndi. Şagirdlərimizin şərəfli tariximizi necə dərindən mənimsədiklərinin canlı şahidi oldu. Yarışda iştirak edən tarix müəllimlərimiz çıxışlarında bu yarışda əsas məqsədin biliklərimizi dərinləşdirmək olduğunu vurğuladılar. Tədbirin sonunda məktəbin direktoru Zeynəb Əliyeva şagirdləri bayram münasibətilə təbrik etdi. Onları tarixlərini heç zaman unutmamağa səslədi. Qeyd etdi ki, 44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün dünyaya tarix dərsi verərək susdurması xalqın öz tarixini necə dərindən öyrənməsinin vacibliyini bizə göstərdi. Hər bir şagirdimizə uğurlar arzulayır, bayramlarını təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi