Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31 may  tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, sosial şöbənin təşkilatçılığı ilə "1 İyun-Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova şagirdləri salamladı. Onları bayram münasibətilə təbrik etdi. Gələcəyimizi daha da gözəlləşdirəcək olan körpələrimizə can sağlığı, təhsil həyatında uğurlar dilədi. Tədbiri açıq elan etmək üçün söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. Zeynəb müəllimə çıxışında şagirdlərimizi təbrik etdi. Qalib ölkənin vətəndaşları olan körpələrimizə gələcək təhsil həyatlarında uğurlar arzuladı. Daha sonra söz "Kiçik Akademiya"nın sosial şöbəsinin rəhbəri İlahə Məmmədovaya verildi. O, qardaş Türkiyədən olan şagirdlərin bizim məktəbin şagirdlərinə olan salamları və təbrikləri əks olunmuş video yazını şagirdlərə göstərdi. Tədbir körpələrimizin gözəl çıxışlarını izləməklə davam etdi. Tədbirin sonunda söz məktəbimizin direktoru Zeynəb Əliyevaya verildi. O, gözəl tədbir üçün "Kiçik Akademiya"ya təşəkkür etdi. KA-nın uğurlarının davamlı olmasını dilədi. Gələcəyin akademiklərinin yetişəcəyi "Kiçik Akademiya"nın körpə üzvlərinin bayramını təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi