"22 May-Beynəlxalq biomüxtəliflik günü" münasibətilə "Təbiətimizi qoruyaq!" adlı tədbir keçirildi

22 may tarixində teams platforması üzərindən Kiçik Akademiyanın Təbiət şöbəsinin təşkilatçılığı ilə məktəbimizin biologiya müəllimi, eyni zamanda Kiçik Akademiyanın təbiət şöbəsinin rəhbəri Cəfərova Gülnarə müəllimənin "22 May-Beynəlxalq biomüxtəliflik günü" münasibətilə "Təbiətimizi qoruyaq!" adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb müəllim təbiətdəki canlıları qorumağın əhəmiyyətindən bəhs etdi. Kiçik Akademiyanın bu mövzuda şagirdləri maarrifləndirilməsi yolundakı işini yüksək qiymətləndirdi. Daha sonra söz biologiya müəllimi Gülnarə Cəfərovaya verildi. Gülnarə müəllim öz çıxışında təbiətin biomüxtəlifliyindən bəhs etdi. Nəsli tükənməkdə olan heyvanlar haqqında, bunun səbəbləri haqqında geniş məlumat verdi. Qarabağ atını göstərərkən bizim böyük 44 günlük zəfərimizdən bəhs etdi. Qeyd etdi ki, güclü ordumuz sayəsində artıq Qarabağ atları da tezliklə öz doğma yurdlarına geri dönəcəklər. Əvvəlkitək Cıdır düzündə o atların qaçışını izləyəcəyik. Ümummili liderimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev fondunun təbiət qorumaq məqsədilə gördüyü işlərdən, İDEA təşkilatının bu sahədə fəaliyyətindən geniş bəhs etdi. Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev digər sahələrdə olduğu kimi bu sahəyədə diqqətini əsirgəmir. Söz Kiçik Akademiyanın rəhbəri Quliyeva-Hüseynova verildi. Gözəl tədbir üçün Gülnarə müəlliməyə təşəkkür etdi. Təbiətimizi qorumağın hər birimizin borcu olduğunu vurğuladı. Məktəbimizin direktoru Zeynəb müəllim virtual səyahətimizi yüksək qiymətləndirdi. Kiçik Akademiyanın fəaliyyətində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi