"Nizami Gəncəvi-880 il" adlı elmi konfrans keçirildi

"Nizami Gəncəvi ili" çərçivəsində məktəbimizin "Kiçik Akademiya"sının humanitar şöbəsinin təşkilatçılığı ilə "Nizami Gəncəvi-880 il" adlı elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan məktəb "Kiçik Akademiyası"nın prezidenti Sara Quliyeva-Hüseynova tədbir iştirakçılarını salamladı, onlara Nizami Gəncəvinin sadəcə Azərbaycanımızın deyil, ümumbəşəri dəyər olduğunu vurğuladı. Tədbiri açıq elan etmək üçün söz məktəbimizin direktoru Əliyeva Zeynəb müəllimə verildi. Zeynəb müəllimə Nizami Gəncəvinin ədəbiyyatımızın üçün əhəmiyyətini vurğuladı. Nizaminin əsərlərinin, xüsusilə "Xəmsə"sinin ədəbiyyatımızdakı tutduğu önəmli mövqedən bəhs etdi. Məktəbimizin ədəbiyyatçıları-Əməkdar müəllim İradə Zahidova, Gülarə Salami, Şükufə Əhmədova, İlahəxanım Haciyeva çıxışlarında Nizaminin əsərlərindəki ideyaların günümüz üçün aktuallığından, Nizaminin əsərlərini əruz vəznində yaratmasına rəğmən xalq üslub dilindən məharətlə istifadə edərək böyükdən-kiçiyə hər kəs tərəfindən sevilməsi onun bir şair ustadlığının göstəricisi olduğu vurğulandı. Konfrans əsnasında şagirdlərin sualları cavablandırıldı. Tədbir Zeynəb müəllimin konfrans iştirakçılarına təşəkkürü, "Kiçik Akademiya"nın işlərində uğurlar arzulaması ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi