Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş konfrans keçirildi

27 may tarixində "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən, humanitar şöbənin təşkilatçılığı ilə teams platforması üzərindən dövlətçilik tariximizi dərindən mənimsətmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan "Kiçik Akademiya"nın rəhbəri Sara Quliyeva-Hüseynova müəllimləri və şagirdləri salamladı, şagirdlərə tariximizi öyrənməyin vacibliyindən, ölkəmizin gələcəyinin onların əlində olduğunu qeyd etdi. Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Zeynəb müəllimə Əliyevaya verildi. O, dövlətçilik tariximizin, dövlətçilik ənənələrimizin tarixi kökləri haqda şagirdləri məlumatlandırdı. Bir zamanlar süquta uğradılmış cümhuriyyətimizin ulu öndərimiz Heydər Əliyev sayəsində müstəqil Azərbaycan olaraq yenidən dirçəldilib, inkişaf etdirilməsindən, 44 günlük möhtəşəm qələbəmizdən bəhs etdi. Konfransda çıxış üçün söz məktəbimizin səyyah-tarixçi müəllimi Zümrüd Məmmədovaya verildi. O, şagirdləri cümhuriyyətin fəaliyyəti haqqında məlumatlandırdı. "Tərəqqi" medallı tarixçimiz Elmira müəllimə Rəhimova cümhuriyyətin xarici və daxili siyasətindəki uğurlarından, ömrü 23 ayı əhatə etsə Şərqdə cümhuriyyət üsulu kimi yaradılan bu dövlətin keçdiyi şərəfli tarixi yol haqqında şagirdləri məlumatlandırdı. Tədbir şagirdlərin sualları, respublika günü ilə əlaqədar hazırladıqları şeirlərlə davam etdi. Tədbirin sonunda məktəbin direktoru Zeynəb Əliyeva şagirdləri bayram münasibətilə təbrik etdi. Onları tarixlərini heç zaman unutmamağa səslədi. Qeyd etdi ki, cümhuriyyətimizin qurduğu, ulu öndərimiz Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində yüksələn Vətənimiz 44 günlük müharibə dövründə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün dünyaya tarix dərsi verərək susdurması xalqın öz tarixini necə dərindən öyrənməsinin vacibliyini bizə göstərdi. Zeynəb müəllimə hər bir şagirdimizə uğurlar arzulayıb, bayramlarını təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi