Nailiyyətlərimiz

"MÜHARİBƏ UŞAQLARIN GÖZÜ İLƏ" MÖVZUSUNDA ONLAYN RƏSM MÜSABİQƏSİ KEÇİRİLİB26 Fevral Xocali soyqırımı ilə əlaqədar olaraq məktəbdaxili və "Azərbaycan gəncliyi 2017-2021 -ci illərdə" Dövlət Proqramının 5.1.10 icrasını təmin etmək məqsədilə Xəzər rayon məktəbliləri arasında keçirilən XOCALI soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib və həmin rəsm müsabiqəsində məktəbimizin VIII sinif şagirdi Mirzəyeva Fatimə Xəzər rayonu məktəbliləri arasında III-cu yerə layiq görülmüşdür.

İNŞA YAZI MÜSABİQƏSİNDƏ QALİBİYYƏTBakı Şəhər Icra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon Içra Hakimiyyətinin təşkilatçılığı ilə "Vətən müharibəsi-Qarabağ Zəfəri"adlı onlayn yazı inşa müsabiqəsinin 1-ci mərhələsində 30 məktəbdən 17movzu üzrə 73 inşa müzakirə olunmuşdur.Onlardan 10 movzu üzrə 10 iş rayon mərhələsinə keçmişdir. 29 yanvar tarixində Bakı Şəhər Içra Hakimiyyətinin iştirakı ilə rayon mərhələsi təşkil olunmuş,seçilən 10 sagird 2-ci mərhələyə keçid almışlar. Bu şagirdlərin içərisində məktəbimizin X "A" sinif şagirdi Həmzəyeva Ləman "İlham Əliyev və Milli həmrəylik"mövzusunda yazdığı inşa işinə görə Bakı mərhələsinə vəsiqə almışdır.Bu münasibətilə Xəzər Rayon Içra Hakimiyyəti Həmzəyeva Ləman Xəyyam qızına Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş "Vətən müharibəsi-Qarabağ Zəfəri"onlayn inşa yazı müsabiqəsinin 2-ci turunda əlde etdiyi nailiyyəti nə görə diplomla təltif etmişdir. Şagirdimizi bu uğuruna görə məktəbin direktoru Əliyeva Zeynəb ürəkdən təbrik edir,gələcək turda birincilik əldə etməyi arzulayır

ONLAYN RƏSM MÜSABİQƏSİ20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş "20Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən onlayn rəsm müsabiqəsində məktəbimizin VI a sinif şagirdi İbadullayeva Xədicə Bakı şəhəri Gənclər və İdman İdarəsi tərəfindən fərqlənmə diplomu ilə təltif olunmuşdur.

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Rəsul Ağayev Rizvan

Rəsul Ağayev Rizvan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi