Nailiyyətlərimiz

RƏSM MÜSABİQƏSİNDƏ QALİBİYYƏTTəhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər Inkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Qarabağ abidələri" adlı respublika onlayn rəsm və əl işləri müsabiqəsində məktəbimizin VIB sinif şagirdi həvəskar, bacarıqlı, istedadlı Aysu Abdullayeva da çəkdiyi rəsm əsərində Qarabağımızın gözəl guşəsi olan "Şuşa qalası"nı təsvir ederek III yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, ona gələcək müsabiqələrdə uğurlar arzulayırıq!

"2021 PURPLE COMET/MATH MEET"DƏ YENİ UĞURLARMəktəbin istedadlı və fəal şagirdləri yeni uğura imza atdılar. Bənövşəyi Comet! Maht Meet 2003-cu ildən bəri hər il keçirilən beynəlxalq yarışmadır. Bu yarışmada 54 ölkədən 3333 qeydiyyatdan keçmiş komandalar iştirak edirdi. Azərbaycandan 89 komanda qoşulmuşdur. Bu komandaların daxilində məktəbimizin VI sinif şagirdləri də fəal iştirak edərək "Birincilik"əldə etdilər. Məktəbin direktoru Əliyeva Zeynəb müəllim riyaziyyat fənnini tədris edən və şagirdlərə sevdirən Məlikova Lətafət müəllimə minnətdarlığını bildirib, bundan sonra da uğurlarının davamlı olmasını söylədi. Uğurlarımız bol olsun!

"YUBİLEY DÖŞ NİŞANI" İLƏ TƏLTİFMəktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri respublikanın əməkdar müəllimi Zahidova İradə İbad qızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 100 illiyi münasibətilə "Yubiley döş nişanı" ilə təltif olunmuşdur. Bununla əlaqədar olaraq məktəbin direktoru Əliyeva Zeynəb müəllim və pedaqoji kollektiv Zahidova İradəni ürəkdən təbrik edir və daha böyük nailiyyətlər qazanmağını arzulayırıq. Uğurlarınız bol olsun, hörmətli həmkarımız!

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nuray Muradlı Adəm

Nigar Ağazadə Əhədulla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi