Nailiyyətlərimiz

BEYNƏLXALQ GİMNASTİKA YARIŞMASINDA QIZIL MEDALIN SAHİBİ - MURADLI NURAYƏ.Əliyev adına 125 nömrəli tam orta məktəbə növbəti sevinc payını məktəbin 4 " A " sinif şagirdi Muradlı Nuray Adəm qızı bəxş etdi. Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Gimnastika yarışmasında I yerə - qızıl medala layiq görülən nur parçamız Nurayı məktəb kollektivi adından səmimi qəlbdən təbrik edir, bol-bol uğurlar arzulayırıq.

VII RESPUBLİKA FƏNN MÜSABİQƏSİNİN QALİBİ - AĞAYEV RƏSULXəzər rayonu Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin Vl C sinif şagirdi Ağayev Rəsul Rizvan oğlu 15 may tarixində Təhsil Nazirliyi tərəfindən keçirilən Məktəblərarası Vll Respulika Fənn müsabiqəsinin final mərhələsində gümüş medala layiq görülmüşdür. Mektebin direktoru Əliyeva Zeynəb şagirdimizi təbrik etmiş, gələcək müsabiqələrdə birincilik qazanmağı diləmişdi.

"İSTEDADLAR SORAĞINDA" MÜSABİQƏSİNDƏ UĞUR QAZANAN ŞAGİRDLƏRİMİZ15 aprel 2022-ci il tarixində Ruhulla Axundov adına Mədəniyyət Evində təşkil olunmuş "İstedadlar sorağında" müsabiqəsində məktəbimizin Vl sinif şagirdləri Hacızadə Fatimə (bədii qiraət), Mahmudova Sonaxanim (rəqs), Vll sinif şagirdi Abdulxəlilov Vaqif (tar) fəal iştirak etmişlər. Müsabiqə qəsəbənin məktəbliləri arasında keçirilib. Münsiflər heyətinin qərarına əsasən bədii qiraət üzrə Hacızadə Fatimə, rəqs üzrə Mahmudova Sonaxanim l yerə, Abdulxəlilov Vaqif tar ifasına görə lll yerə layiq görülmüşlər. Şagirdlərimizi ürəkdən təbrik edir,onlara gələcək müsabiqələrdə daima yüksəklərdə olmağı arzulayırıq.

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nuray Muradlı Adəm

Nigar Ağazadə Əhədulla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi