Nailiyyətlərimiz

AĞAZADƏ NİGAR - 700 BAL VƏ QIZIL MEDALIN SAHİBİBakı şəhəri Ə. Əliyev adına 125 nömrəli tam orta məktəb təhsildə uğurlu addım atmışdır. Məktəbin 2022 - ci il məzunu Ağazadə Nigarın zəhmət və çalışqanlığı ilə qazandığı uğurlar təhsilimizin böyük töhfəsi və nailiyyətidir. Nigar bacarıq və qabiliyyəti ilə hər zaman fərqlənmişdir. O, Azərbaycan dili və ədəbiyyat fənni üzrə fənn olimpiyadasının qalibi olaraq qızıl medalla təltif olunmuşdur. I sinifdən XI sinif də daxil olmaqla dərs əlaçısı olan Nigar Elm və Təhsil Nazirliyinin 25 iyul 2022-ci il tarixli F-460 nömrəli əmrinə əsasən qızıl nişanla təltif olunmuşdur. Nigar ali məktəbə qəbul imtahanında yüksək nəticə - 700 bal toplayaraq böyük uğura imza atmışdır. Ağazadə Nigar qürur və fəxr mənbəyimizdir. Arzularınızı həqiqətə çevirmək istəyirsinizsə, hədəflərinizə doğru bacarıq, məsuliyyət, çalışqanlıq, qətiyyətlə addımlayın. Məhz bu tələblərə əməl edən Nigar məqsədinə nail oldu. Məktəbin direktoru Əliyeva Zeynəb Nigarı şərəfli uğurlarına görə təbrik edərək gələcək həyatında Vətənə, millətə layiq bir vətəndaş olacağına böyük inamını bildirdi. Həqiqətən də, istedad və bacarıq bir incidir, ona sahiblənən həmişə birincidir.

MƏZUNLARIMIZ FƏRQLƏNMƏ ATTESTATINA LAYİQ GÖRÜLMÜŞDÜRƏ. Əliyev adına 125 nömrəli tam orta məktəbdə əlamətdar günlərdən biridir. 11 "A" sinif şagirdləri Ağayeva Leyla və Babayeva Ləman fərqlənmə attestatına layiq görülmüşdür. Məktəbin direktoru Əliyeva Zeynəb onları təbrik edərək gələcək həyatlarında bol nailiyyətlər, uğurlar arzulamışdır.

RESPUBLİKA ÜZRƏ MAKSİMUM BAL TOPLAYAN ŞAGİRDİMİZ - AĞAZADƏ NİGARBakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 125 nömrəli tam orta məktəbin XI sinif şagirdi Respublika üzrə maksimum bal, IV qrup üzrə 697 bal, Fənn olimpiadasının qızıl medalçısı, tam orta təhsil üzrə qızıl nişana namizəd Ağazadə Nigar Əhədulla qızı... Var ol Nigarim. Halal olsun sənə. Səninlə fəxr edirik!!!

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Rəsul Ağayev Rizvan

Rəsul Ağayev Rizvan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi