Nailiyyətlərimiz

RESPUBLİKA FƏNN OLİMPİADASINDA QALİBİYYƏTBu gün məktəbin həyatında uğurlu bir gündür.9-cu sinif şagirdi Ağazadə Nigar Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasında I-ci yerə layiq görülüb. Məktəbin direktoru Əliyeva Zeynəb, təlim tərbiyə işləri üzrə direktor müavini İbrahimova Zabitə, fənn müəllimi və əməkdar müəllim İradə Zaidovanın, müəllimlərinin ona olan etimadı, istedadlı məktəbilimiz Nigarın səyi, zəhməti , əzmi ilə birləşərək bu uğura imza atdı. Bilik, maarif, inkişaf, tərəqqi yollarında inamla addımlayan şagirdimizə bol-bol uğurlar, uca zirvələr arzulayırıq. İstək , əmək, çalışqanlıq, savad birləşəndə arzularda çiçək açar. Əziz qızımız sən bir incisən, həmişə birincisən. Dövlətimizin, xalqımızın uğurlu gələcəyi naminə inamla irəli!

İnşa müsabiqəsində uğur qazanmış şagirdimiz13 dekabr 2018-ci il tarixdə Xəzər Gənclər evində Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılmışdır. Məktəbimizin 11-ci sinif şagirdi Orucova Fatimə 2-ci yeri tutduğuna görə təltif olunub. Şagirdimizi təbrik edir , uğurlarının davamını diləyirik.

Məzun şagirdimizin nailiyyəti Bakı şəhəri Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin şagirdi Günel Əhmədzadə bu il 3 cü qrup üzrə ali məktəbə qəbul imtahanında 630 bal toplayaraq yüksək nəticə əldə etmişdir.Bu uğurun əldə edilməsində Günelin bilik,bacarıq , məqsədyönlü həmçinin məktəb direktoru Əliyeva Zeynəb müəllimin və əməyi keçən fənn müəllimlərinin zəhməti bu uğura imza atmağa səbəb olmuşdur.İnianiriq ki,Günelin bu uğuru davamlı olacaq və o, digər şagirdlər üçün nümunəyə çevriləcəkdir.Günelə elm yollarinda bol uğurlar , ziyalı zirvəsi arzulayırıq.Gənc nəslə nur verən , günəş şüası kimi işıqlandıran 125, uğurların bol olsun!

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Ağazadə Əhədulla

Nigar Ağazadə Əhədulla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi