Nailiyyətlərimiz

İDMANDA BİRİNCİLİKZəfər Günü bayramı ilə əlaqədar olaraq məktəbin III c sinif şagirdi Eminova Züleyxa 8 Noyabr Zəfər gününə həsr olunmuş Taekvondo idman növü üzrə Ağcabədi rayon turunda yeniyetmələr arasında 28 kq çəki dərəcəsində II yer, öz çəkisindən və yaşından böyük idmançı ilə (yəni 2011 ci il 33 kq-la ) mübarizə apardığına görə I yerə layiq görülüb.Şagirdimizə gələcək yarışlarda uğurlar diləyirik!!!

MÜƏLLİMLƏRİMİZİN UĞURUMüəllim cəmiyyətin mənəvi dayağıdır.Bu müqəddəs şərəfli adın sahibi Bakı şəhəri Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi əməkdar müəllim Zahidova İradəni Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif edilmiş, o cümlədən məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri Axundov Ceyhun 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən Vətən müharibəsində iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.Məktəbin direktoru hər iki müəllimi təbrik edərək pedaqoji fəaliyyətlərində yeni - yeni uğurlara imza atmağı arzuladı.

"MÜZƏFFƏR ORDUMUZUN ZƏFƏR YÜRÜŞÜ" ADLI MÜSABİQƏNİN QALİBLƏRİ.Bakı şəhər tam orta məktəbləri arasında keçirilən "Müzəffər ordumuzun zəfər yürüşü" adlı inşa-yazı və rəsm müsabiqəsində Xəzər rayonunun məktəbliləri içərisində məktəbimizin istedadlı şagirdlərindən olan VIII sinif şagirdi İmaməliyeva Validə və Abdullayeva Aysu fərqlənənlərdən olmuşlar. Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və hədiyyə ilə təltif edilmişlər.

HAQQIMIZDA

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Ağazadə Əhədulla

Rəsul Ağayev Rizvan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi