Beynəlxalq Sülh Günü
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15693041075d89ae2b392f18.95151330.jpg)
Bu gün məktəbdə 21 sentyabr “Beynəlxalq Sülh Günü” mövzusunda dəyirmi masa keçirildi.. Məktəbimizin fidanları Sülh Günü ilə bağlı məlumat verdilər, şeirlər söylədilər. Məktəbin 5-ci sinif şagirdi Fidan İsmayılova hazırladığı təqdimatla bu barədə daha geniş şəkildə məlumat verdi.
SÜLH - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri.
SÜLH - poeziyamızın daimi mövzusu...
Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi sualına hələ də birmənalı cavab vermək mümkün deyil. Sülh şəraitində yaşamalı olan insanlar, min təəssüflər ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
SÜLH bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır.