Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş şahmat turniri

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində YAP-ın Sabunçu rayon təşkilatının təşəbbüsü ilə təşkil olunan şahmat turnirində məktəbimizin şagirdləri böyük uğur qazanıblar.

4 “A” sinif şagirdi Fərid Sadıqzadə və 6 “A” sinif şagirdi Sara Sadıqzadə turnirdə uğurla iştirak edərək III yerə layiq görülüblər. Onlar təşkilat komitəsi tərəfindən Diplomlarla təltif olunublar.

Bu nailiyyət onların məntiqi təfəkkürünü, səbir və diqqət bacarıqlarını bir daha nümayiş etdirdi. Şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi