1 “B” sinfində Əlifba bayramı

10 iyun 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə xüsusi bir sevinclə qarşılanan Əlifba bayramı qeyd olunub. Tədbir məktəbin 1 “B” sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu əlamətdar günün təşkilatçısı sinif rəhbəri Təranə Möhsünova olub.

Əlifba bayramı ibtidai siniflərdə şagirdlərin oxu və yazı bacarıqlarını mənimsədiklərini nümayiş etdirdikləri, eyni zamanda ilk təhsil mərhələsinin rəmzi yekunu kimi qeyd olunan əlamətdar gündür. Tədbirdə balaca məktəblilər valideynlər, müəllimlər və qonaqlar üçün özlərinin hazırladıqları şeirlər, səhnəciklər və mahnılarla çıxış ediblər. Onlar Azərbaycan əlifbasının hər bir hərfi ilə bağlı maraqlı təqdimatlar göstərərək səhnədə özlərini inamla ifadə ediblər.

Şagirdlərin çıxışları böyük alqışlarla qarşılanıb. Valideynlər və məktəb rəhbərliyi tədbiri maraqla izləyərək bu ilk uğurların davamlı olmasını diləyiblər.

Sinif rəhbəri Təranə Möhsünova çıxışında bildirib ki, bu tədbir təkcə uşaqların əlifbanı öyrənməsinin deyil, həm də onların özlərini sərbəst ifadə etmək bacarıqlarının inkişafının təntənəli göstəricisidir. O, bütün il ərzində şagirdlərin əldə etdiyi uğurlardan qürur duyduğunu bildirib və valideynlərə göstərdikləri dəstəyə görə təşəkkürünü çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi