Balaca şagirdlərimizin böyük uğuru

Azərbaycan, Türkiyə və Rumıniyadan olan 13 məktəbin iştirakı ilə həyata keçirilən beynəlxalq eTwinning layihəsi – “Stronger with knowledge, make a difference” fevral ayında start götürüb. Layihənin məqsədi şagirdlər arasında biliklərə əsaslanan əməkdaşlığı gücləndirmək, onların fərqli ölkələrdən olan həmyaşıdları ilə əlaqələrini inkişaf etdirmək və fərqlilik yarada bilmək bacarıqlarını artırmaq olub.
Bu mühüm beynəlxalq layihəyə 96 nömrəli tam orta məktəbin 1 “A” sinif şagirdləri də müəllimləri Çiçək Daşdəmirova ilə birgə qatılıblar. Layihədə iştirak edən balaca məktəblilər, yaşlarına baxmayaraq, verilən tapşırıqları uğurla yerinə yetirərək fəallıqları ilə seçiliblər.
Müxtəlif yaradıcı fəaliyyətlər, təqdimatlar, poster hazırlıqları və interaktiv oyunlar vasitəsilə layihəyə töhfə verən şagirdlər beynəlxalq komandaların bir parçası olmağın sevincini yaşayıblar. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bu uğurlu layihədə iştirak edən bütün şagirdlərimizi və onların müəllimini təbrik edir, gələcək layihələrdə də yeni nailiyyətlər arzulayırıq!