Məlumatlandırıcı iclas

13 iyun 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən IX sinfi bitirən şagirdlərin valideynləri ilə onlayn formatda görüş təşkil olunub. Görüş Microsoft Teams platforması üzərindən həyata keçirilib.
İclasın keçirilməsində əsas məqsəd 2025–2026-cı tədris ili üzrə X sinfə qəbul prosesinin düzgün və səmərəli təşkili, həmçinin valideynlərin bu proses barədə ətraflı şəkildə məlumatlandırılması olub.
Görüş zamanı məktəbdə formalaşacaq adi və təmayül istiqamətli X siniflər, bu siniflərdə təhsilin təşkili forması, şagirdlərin maraq və meyillərinə uyğun ixtisas seçimi imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda, IX sinfi başa vurmuş şagirdlərin peşə təhsili müəssisələrinə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi və qaydaları valideynlərin diqqətinə çatdırılıb.
Valideynlərin elektron sistem üzərindən sənəd qəbulu, sinif seçimi və müraciət prosedurları ilə bağlı sualları cavablandırılıb.