STEAM’ool olimpiadasının qalibi

17 iyun 2025-ci il tarixində STEAM İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilən STEAM’ool olimpiadasının final mərhələsi və mükafatlandırma mərasimi baş tutub.
Fəxrlə bildiririk ki, bu nüfuzlu yarışın final mərhələsində məktəbimizin komandasını təşkil edən 6”B” sinif şagirdləri İbrahimova Zeynəb Hakim qizi,
Mənsumov Amin Abbas oğlu,Talıblı Yadigar Kənan oğlu və komandanın kapitanı Həşimov Ağalar İsmayıl oğlu uğurla çıxış edərək 3-cü yerə layiq görülüb.
STEAM’ool olimpiadası 4-9-cu siniflər üzrə 223 ümumtəhsil müəssisəsindən ümumilikdə 2412 şagirdin iştirakı ilə həyata keçirilib. Yalnız yüksək nəticə göstərən 200 şagird final mərhələsinə vəsiqə qazanaraq yekun imtahanda iştirak hüququ əldə edib. Final mərhələsinin sonunda isə qalib gələn komandalar xüsusi hədiyyələrlə və sertifikatlarla təltif olunublar.
Şagirdimizi bu nailiyyət münasibətilə təbrik edir, ona gələcək təhsil və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq!