Fərqlənmə attestatlari

21 iyun 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə təntənəli bir tədbir keçirilib. Tədbir zamanı 2024–2025-ci tədris ilində tam orta təhsil səviyyəsini əla qiymətlərlə başa vuran və buraxılış imtahanlarında hər bir fənn üzrə 75 və daha yüksək bal toplayan 8 nəfər məzuna fərqlənmə attestatı təqdim olunub.
Bu uğur məktəbin pedaqoji kollektivinin əzmkarlığının və şagirdlərin fədakar əməyi ilə əldə olunub. Təqdimat zamanı məzunlara gələcək təhsil və həyat yollarında uğurlar arzu olunub.