Uğur – təkcə nəticə deyil, yolun özü də dəyərlidir” psixoloji dəstək vebinarı

06 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə müəllimlər üçün “Uğur – təkcə nəticə deyil, yolun özü də dəyərlidir” adlı motivasiyaedici və psixoloji dəstək yönümlü vebinar təşkil olunub. Onlayn formatda, Microsoft Teams platforması üzərindən keçirilən bu görüş məktəbin psixoloqu Sevinc Abdullayeva tərəfindən aparılıb.

Sertifikatlaşdırma imtahanı kimi stresli mərhələlərdə müəllimlərin üzləşə biləcəyi psixoloji gərginlikləri azaltmaq və onları emosional cəhətdən dəstəkləmək məqsədi daşıyan vebinarda, sertifikatlaşdırma prosesinin mahiyyəti, səbəbləri və müəllim inkişafına olan töhfələri geniş şəkildə izah edilib.

Psixoloq Sevinc Abdullayeva müəllimlərə stress və narahatlıqla effektiv mübarizə üsulları, özünü tənzimləmə texnikaları, emosional davamlılıq və müsbət düşüncə bacarıqları barədə məlumat verərək praktiki tövsiyələr təqdim edib. Vebinarda eyni zamanda iştirakçılara psixoloji yardımın sistemli yanaşması izah olunub və bu dəstəyin gündəlik həyatlarında necə tətbiq edilə biləcəyi ilə bağlı nümunələr paylaşılıb.

Tədbir müəllimlər arasında müsbət qarşılanıb və onların motivasiyasını artırmaqla yanaşı, psixoloji rifahlarına da mühüm töhfə verib. Bu cür tədbirlərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsi planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi