Nizami yaradıcılığı

07 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 5 “C” sinfində Azərbaycan tarixi dərsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş açıq dərs təşkil olunub. Dərs məktəbin tarix müəllimi Türkan İsmayılova tərəfindən aparılıb.
Dərsin əsas məqsədi şagirdlərdə Nizami irsini tanıtmaq, onun əsərlərinə maraq oyatmaq və sadə təqdimatlar vasitəsilə bu irsi mənimsəmələrinə şərait yaratmaq olub. Şagirdlər Nizaminin həyat və yaradıcılığı barədə maraqlı təqdimatlarla çıxış ediblər, onun əsərlərindəki insani dəyərləri və hikmətli fikirləri sadə və yaradıcı dillə izah etməyə çalışıblar.
Dərsi dinləyənlər arasında məktəbin təşkilatçısı Nigar Süleymanova, kitabxana müdiri Ofelya İsmayılova, kitabxanaçı Təranə Cəfərova və sinfin rəhbəri, fiziki tərbiyə müəllimi Türkan Alıyeva da olub.. Dərs boyu şagirdlərin fəallığı, yaradıcı yanaşması və mövzuya emosional yanaşması xüsusilə vurğulanıb.
Bu cür inteqrativ dərslər şagirdlərin həm ədəbiyyat və tarix arasında əlaqə qurmaq, həm də ictimai təqdimat bacarıqlarını inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir. Nizami Gəncəvinin zəngin ədəbi irsinin məktəb mühitində yaradıcı yanaşmalarla tədris edilməsi, onun mənəvi və estetik dəyərlərinin yeni nəslə ötürülməsi baxımından uğurlu addım hesab olunur.