“Korrupsiyaya qarşı mübarizə”

12 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda onlayn formatda maarifləndirici görüş keçirilib. Tədbir Microsoft Teams platforması üzərindən təşkil olunub.

Görüşün əsas məqsədi müəllimlər arasında korrupsiyaya qarşı maarifləndirmənin artırılması, etik davranış normalarının və şəffaflıq prinsiplərinin təşviq olunması olub. Tədbirin təşkilatçısı məktəbin təşkilatçısı Nigar Süleymanova olmuşdur.

Tədbirdə məktəbin direktoru Mehriban Hacıyeva da iştirak edərək çıxış etmiş, korrupsiyanın təhsildə yaratdığı mənfi nəticələr, bununla mübarizənin vacibliyi və müəllimlərin məsuliyyəti barədə fikirlərini bölüşmüşdür. Görüş zamanı mövzu ilə bağlı praktiki nümunələrə yer verilmiş, sual-cavab əsasında interaktiv müzakirələr aparılmışdır.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər məktəbdə etik dəyərlərin möhkəmləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi