9 May – Qələbə Günü

08 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbin 7 “C” sinfində Azərbaycan tarixi fənni üzrə 9 May – İkinci Dünya Müharibəsində Qələbə Gününə həsr olunmuş dərs dinlənilib.
Dərsi təqdim edən müəllim Nəzakət Əzizzadə şagirdlərə faşizm üzərində qələbənin tarixi əhəmiyyəti, Azərbaycan xalqının bu müharibədə göstərdiyi qəhrəmanlıq və fədakarlıqlar haqqında ətraflı məlumat verib. O, həmçinin şagirdlərdə vətənpərvərlik duyğularının aşılanmasının vacibliyi istiqamətində belə mövzuların geniş tədris olunmağının əhəmiyyətini də vurğulayıb.
Dərsin təşkilində fəal iştirak edən təşkilatçı Nigar Süleymanova tədbirin əhəmiyyətinə toxunaraq, bu cür dərslərin gənc nəslin tariximizi dərindən mənimsəməsində mühüm rol oynadığını qeyd edib.
Qələbə gününə həsr olunmuş bu dərs şagirdlər tərəfindən maraqla qarşılanıb və tarixə olan marağın artırılmasına xidmət edib.