İmadəddin Nəsimi - 650 il

Məktəbimizdə ədəbiyyat müəllimi Aygün Qəhrəmanovanın təşkilatçılığı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirin aparıcıları əvvəlcə İmadəddin Nəsiminin həyat və fəaliyyətindən, şairin 3 dildə- Azərbaycan, fars və ərəb dillərində zəngin ədəbi irs yaratmasından bəhs ediblər. Nəsiminin Azərbaycan ədəbiyyatı ilə yanaşı, bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazmalar şəklində dünyanın bir-sıra kitabxanalarında saxlanıldığı vurğulanıb.

Həmçinin Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, insanı kamilliyə səsləyən, pis əməllərdən çəkindirən qəzəllərindən, zəngin irsindən söhbət açılıb. Tədbir çərçivəsində şairin qəzəlləri əsasında kompozisiyalar, “Nəsimi kantatası” səsləndirilib. Şagirdlərin təqdimatında nümayiş olunan bədii hissə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Şagirdlərin “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” nə ekskursiyası təşkil olunub.

                                                                              

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi