Heydər Əliyev-96 il
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən tarix müəllimi Xatirə Şükürova müstəqil dövlətimizin qurucusu və memarı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, onun həyata keçirdiyi islahatlar barədə məlumat verib. O qeyd edib ki, 1993-cü ildə xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyev getdikcə dərinləşən böhranın qarşısının alınmasına, ölkəmizin ağrılı problemlərinin aradan qaldırılmasına, Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsinə nail olub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasətdən, bu siyasətin nəticəsində ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafdan bəhs edib.