Məktəblilər Bakı Kitab Mərkəzində
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15568642365ccbdcecd178c7.24429601.jpg)
2 may 2019-cu il tarixdə şagirdlərimiz Bakı Kitab Mərkəzində ekskursiyada oldu. Mərkəzin əməkdaşları ekskursiya çərçivəsində məktəblilərə Bakı Kitab Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verdilər. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan mərkəzdə iştirakçılara Azərbaycan dili ilə yanaşı, rus, ingilis,alman, fransız, ispan və ərəb dillərində nəşrlər nümayiş olundu. Məktəblilər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında məlumatlar alaraq, burada yerləşən oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşələri ilə yaxından tanış oldular.