Dində tolerantlıq
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15556589515cb978c71d50b8.93504919.jpg)
“Dində tolerantlıq”mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə məktəbin müəllimi Nigar Süleymanova çıxış edərək Azərbaycanda dini tolerantlığın,dini hadisə,mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti haqqında şagirdlərə məlumat verdi. Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü,ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların yüz illərlə qardaşcasına yanaşı yaşadığını vurğuladı. Sonra şagirdlərin təqdimatları dinlənildi. Mövzu ilə bağlı məktəbin müəllimləri Nigar Süleymanova, Səbinə Cəfərova ,Kəmalə Sadıqova,Gülnar Muradzadənin rəhbərliyi ilə şagirdlər Bakı şəhərində yerləşən kilsələri, Heydər Əliyev adına məscidi ziyarət etdilər. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqludur və öz inancına görə azaddır.