Gənclər Mərkəzinə Ekskursiya
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15537528045c9c62e4f08de8.53136102.jpg)
Məktəbin bir qrup şagirdlərinin iştirakı ilə Gənclər Mərkəzinə ekskursiya təşkil olundu. Gənclər mərkəzdə intellektual və yaradıcı potensialın üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində yaradılmış şəraitlə tanış oldular. Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyinə bələdçinin müşayəti ilə baxış keçirildi.
Gənclər Mərkəzində Heydər Əliyev Muzeyinin yaradılması ulu öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğində və öyrənilməsində mühüm rol oynayır. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar var. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırıldı.
Gənclər Mərkəzində həmçinin kiçik konfrans zalı, Gənclər kafesi, virtual sinif, kompüter, xarici dil kursları və linqafon,rəsm,intellektual oyun vəşahmat otaqları da mövcuddur.
Ekskursiyanın sonunda xeyriyyə məqsədilə təşkilolunmuş konsertdə iştirak etdik.