2021-2022-ci tədris ilinin 3-cü pedaqoji şura iclası keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16444287856203fdf1774cc0.58865522.jpg)
08.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə I yarımilin yekunlarına həsr edilmiş tədris ilinin 3-cü pedaqoji şura iclası keçirilib. Gündəlikdə dayanan məsələlər sırasında təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmovanın yarımilin yekununa dair hesabatının dinlənilməsi, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanovanın məktəbdə keçirilmiş tədbirlər, təşkil olunmuş müsabiqələr və gecələr, bilik yarışları, sərgilər, esse müsabiqələri və s barədə hesabatının dinlənilməsi, metodbirləşmələrin , məktəb kitabxanasının, məktəbdə fəaliyyət göstərən dərnək və klubların yarımillik fəaliyyətinə baxış, məktəb psixoloqu Sevinc Abdullayevanın məktəbdə aparılmış psixoloji işlər barədə məruzəsinin dinlənilməsi və s. yer alıb. Daha sonra dinlənilən çıxışlar əsasında məsələlər səsə qoyulub və qərar hissəsi oxunub. Şura öz işini başa çatdırıb.