Uğurlu gələcək üçün doğru addımlar

06 may 2025-ci il tarixində 96 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdlərinin peşə seçimi sahəsində məlumatlandırılması və istiqamətləndirilməsi məqsədilə “Uğurlu gələcək üçün doğru addımlar” adlı maarifləndirici görüş təşkil olunub.
Görüşdə məktəbin psixoloqu Sevinc Abdullayeva peşə seçiminin insan həyatındakı əhəmiyyətindən, fərdi maraq və bacarıqlara uyğun düzgün istiqamətlənmənin şagirdlərin gələcək uğurlarında oynadığı roldan bəhs edib. O, şagirdlərə qərarvermə prosesində özlərini daha yaxşı tanımaq və dəyərləndirmək üçün praktik tövsiyələr verib.
Tədbirin təşkilində fəal iştirak edən müəllimlər Sevda Əsgərli və Elnarə Babayeva şagirdlərlə birgə peşə istiqamətləri üzrə müzakirələr aparıb, müxtəlif sahələr haqqında geniş məlumat verərək onların maraq dairələrini müəyyənləşdirməyə kömək ediblər.
Maarifləndirici görüş Nigar Süleymanovanın təşkilatçılığı ilə baş tutub və şagirdlər arasında böyük maraqla qarşılanıb. Tədbir, şagirdlərin gələcək təhsil və karyera planlamasında daha məlumatlı və məqsədyönlü olmalarına dəstək verməyi hədəfləyib.