“Həyatı bədii əsərlərdən öyrənək” adlı bədii qiraət layihəmiz uğurla davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16444281936203fba1b8ef45.72865428.jpg)
96 nömrəli tam orta məktəbdə icrasına başladığımız yeni bədii qiraət layihəsi uğurla davam edir. Layihənin müsbət nəticələri göz önündədir. 3-cü dərsdən sonra 10 dəqiqəlik tənəffüsdə məktəbin istedadlı şagirdlərinin radio qovşağından səsləndirdiyi maraqlı bədii əsərlərin qiraəti dəhlizlərdəki şagirdlərin diqqətini getdikcə daha çox cəlb edir. Bunu müşahidə kameralarımızdan da aydın görmək olur. Şagirdlər bir tərəfə çəkilib sakitcə qiraəti dinləyirlər. Tənəffüs vaxtının səmərəli təşkilində layihənin faydası böyükdür.