Fevral ayı riyaziyyat aylığı elan edilib

Fevral ayı məktəbimizdə riyaziyyat aylığı elan edilib. Bu ayın başlaması ilə riyaziyyat fənnini əhatə edən açıq, nümunə dərslərə, tədbirlərə və layihələrə start verilib. 04.02.2022-ci il tarixində iki nümunə riyaziyyat dərsinin dinlənilməsi də təsadüfi olmayıb. Dərslərdən Gümüş Şəfiyevanın dərsi 5”D” sinfində, Mətanət Zaliyevanın dərsi isə 7”A” sinfində təşkil edilib. 5-ci sinifdə keçirilən dərsin mövzusu “Dördbucaqlılar”, 7-ci sinifdə keçirilən dərsin mövzusu isə “İkihədlinin cəminin və fərqinin kvadratı” olub. Dərs dinləmələrdə məktəbin direktoru Mehriban Hacıyeva, direktor müavinləri Mahirə Rüstəmova, Nigar Süleymanova və fənn müəllimləri iştirak ediblər. Dərslərdə elektron resurslardan, maraqlı iş vərəqlərindən və müasir iş formaları, iş üsullarından uğurla istifadə edilib. Dərslər geniş müzakirə edilib. Müəllimlərə müəyyən metodiki tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi