“Şuşa, sən azadsan!” adlı məktəblərarası əməkdaşlıq konfransı bu gün öz işini yekunlaşdırıb

03.02.2022-ci il tarixində “Şuşa, sən azadsan!” adlı məktəblərarası 3 günlük əməkdaşlıq konfransı öz işini yekunlaşdırıb. Konfransın 3cü günü “Yeni Şuşa gənc nəslin təsəvvüründə” mövzusuna həsr edilmiş rəngarəng təqdimatları və əhatəli çıxışları özündə əks etdirib. İlk söz Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyevə verilib. Daha sonra Kürdəmir rayon təhsil şöbəsinin müdiri Rəfail Məmmədov mövzunun aktuallığı və gənc nəslin mənəvi dəyərlər fonunda tərbiyəsindəki mühim əhəmiyyəti barədə ətraflı danışıb. Konfransa qoşulan Abşeron rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov şagirdlərə bu yaxınlarda Şuşaya etdiyi səfərin təəssüratlarından müfəssəl məlumat verib. Konfransın son çıxış sözü konfransa ev sahibliyi etmiş 96 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanovanın olub. Konfransı bağlı elan etmək üçün söz alan konfransın ideya müəllifi Mehriban Hacıyeva öz çıxışnda qeyd edib ki, bütövlükdə 5 rayon və 1 şəhər məktəbinin 20 şagirdini, 10 müəllimini, 6 direktorunu, 2 direktor müavinini, 5 təhsil şöbəsinin müdirini və 1 sektor müdirini, 1 icra hakimiyyəti nümayəndəsini iştirakçı etmiş konfransın işini məhsuldar qiymətləndirmək olar. O başda BŞTİ müdiri hörmətli Mehriban xanım Vəliyeva olmaqla yaradılmış şəraitə və göstərilən köməyə görə bütün təhsiı şöbələrinə təşəkkür edib, həmrəylikləri və iştirakları üçün həmkarlarına və konfrans iştirakçılarına minnətdarlığını bildirib. Konfrans bağlı elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi