Qalib dövlətin məğrur gəncləri
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164386605361fb67c5bb6de6.01628220.jpg)
02.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə 2 fevral-Gənclər Gününə həsr edilmiş “Qalib dövlətin məğrur gəncləri” adlı tədbir keçirilib. Tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb. Daha sonra məktəbin X-XI sinif şagirdləri sırasından ictimaiyyətçi və sosial olanlardan bir neçə gəncimiz çıxış edib. Çıxış ardıcıllığı məktəbin aktiv gənc müəllimləri ilə davam edib. Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova dövlətin və möhtərəm cənab prezidentin gənclərə göstərdiyi diqqət və qayğı barədə video təqdimat edib. Tədbirin sonunda məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək yuxarı sinif şagirdlərini və gənc müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edib və məktəbin ictimai həyatında aktiv və səmərəli iştirakına görə bir neçə şagirdi və gənc müəllimi diplomlarla təltif edib.