“Şuşa, sən azadsan!” adlı bölgə məktəbləri ilə əməkdaşlıq konfransı ikinci gününü başa vurub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164386442461fb616835ad96.77966751.jpg)
02.02.2022-ci il tarixində 5 bölgə məktəbinin və 96 nömrəli tam orta məktəbin iştirak etdiyi konfrans “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” mövzusuna həsr edilmiş ikinci gününü başa vurub. Konfrans İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev və Abşeron rayon təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədovun çıxışları ilə başlayıb. Daha sonra hər məktəbdən bir şagird ardıcıllıqla təqdimat edib. Sonda Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova Şuşanın tarixinə öz şagirdləri ilə birgə nəzər salaraq, minecraft proqramında hazırladıqları “Natavanın ev muzeyinə səyahət” adlı layihəni təqdim ediblər. Konfransın ikinci günü də maraqlı və məhsuldar keçib.