“Şuşa, sən azadsan!” adlı bölgə məktəbləri ilə əməkdaşlıq konfransı bu gün öz işinə başlayıb

01.02.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbin təşəbbüsü ilə 5 bölgə məktəbinin məktəbimizlə birgə təşkil etdiyi “Şuşa, sən azadsan!” adlı 3 günlük distant konfrans öz işinə başlayıb. Konfransın ideya müəllifi 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva konfrans iştirakçılarını salamlayıb, konfransın məqsədi, mahiyyəti, gözlənilən nəticələr, iştirakçı məktəblər, çıxış reqlamentləri və s haqqında qısa məlumat verib və konfransı açıq elan etmək, eləcə də mövzu ətrafında ilk çıxışı etmək üçün sözü Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanovaya verib. Daha sonra məktəb direktorları, müəllimlər və şagirdlər müxtəlif təqdimatlar, əhatəli çıxışlar ediblər. Qeyd edək ki, konfransda Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin, Abşeron rayonu 2 nömrəli Qobu qəsəbə tam orta məktəbin, Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbin, Lənkəran rayonu Gərgiran kənd tam orta məktəbin və Bakı şəhəri 96 nömrəli tam orta məktəbin direktorları, müəllim və şagirdləri iştirak ediblər. BŞTİ nümayəndələri ilə yanaşı konfransda Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev, Abşeron rayon təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rövşən Əliyev, Kürdəmir rayon təhsil şöbəsinin müdiri Rəfail Məmmədov və Abşeron rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov da iştirak edib. Konfransın ilk gün mövzusu “ Şuşa-Qarabağın döyünən ürəyi” olub. Konfrans sabah eyni saatda işini davam etdirməyi planlaşdırıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi