Şuşa ilinə ithafən “Şuşa şagird təxəyyülündə” adlı sərgi-yarmarka keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/164371290661f9118a329310.03596700.jpg)
31.01.2022-ci il tarixində məktəbimizin foyesində Şuşa ilinə ithafən “Şuşa şagird təxəyyülündə” adlı sərgi-yarmarka keçirilib. Sərgi-yarmarkada istedadlı şagirdlərimizin texnologiya, təsviri incəsənət və STEAM fənləri üzrə əldə etdikləri bacarıqları tətbiq edərək düzəltdikləri müxtəlif əşyalar, suvinirlər, tikiş məmulatları, rəsm tabloları, hətta onların valideynləri ilə birgə hazırladıqları Qarabağ mətbəxinə məxsus şirniyyat məhsulları satışa çıxarılıb. Sərgi-yarmarka saat 10.00- dan 13.00-dək davam edib. Sərgidə iştirak edənlər balaca fidanlarımızın ifasında müxtəlif vətənpərvərlik ruhunda mahnılar dinləyib, rəqslərə tamaşa edib. Yarmarkadan əldə olunan 400 AZN məbləğində vəsait isə yeni Şuşa naminə Yaşat Fonduna köçürülüb. Sərgini giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva təşəbbüskarı olduğu bu ideyanı reallaşdırmaqda ona kömək edən məktəbin müəllimlərinə və valideynlərə təşəkkür edib. Sərgidə yaxın məktəblərin müəllimləri, şagirdləri, media nümayəndələri, “Dəcəl balam” ailə və uşaq jurnalının redaktoru Dilşad Musa, Sabunçu rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbasov Ceyhun, baş məsləhətçi Rufullayeva Ülviyyə iştirak ediblər. Şagirdlərimizdə müxtəlif bacarıqların formalaşmasına xidmət edən bu kimi tədbirlər eyni zamanda onlara vətəndaş dəyərləri, mənəvi keyfiyyətlər aşılayır.