Məktəbimizin Kiçik Akademiyasının yarımillik hesabat konfransı keçirilib
28.01.2022-ci il tarixində məktəbimizin Kiçik Akademiyasının yarımillik hesabat konfransı keçirilib.
96 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiya 2018-ci ildə yaradılıb. Akademiyada 3 istiqamətdə: texniki, təbiət və humanitar istiqamətlərdə bölmələr var. 2021-2022-ci tədris ilinin əvvəlində Akademiyanın ilk iclasında hər bir bölmə üzrə 1-ci və 2-ci yarımildə araşdlrılacaq və təqdim olunacaq mövzular müəyyənləşdirilib, səsə qoyulub və səs çoxluğu ilə qəbul olunaraq məktəbin direktoru tərəfindən əmrləşdirilib. Bu gün artıq birinci yarım il yekunlaşdığı olduğu üçün hesabat konfransı təşkil edilərək, Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması və işinin optimallaşdırılması üçün bölmələrin təqdimatları dinlənilib.Texniki bölmənin rəhbərləri Nəsibə Əsgərova və Şəbnəm Rəhimovanın koordinatorluğu ilə bu bölmənin üzvləri “Yerdə cazibə”, təbiət bölməsinin rəhbərləri Aynur Sadıqovanın və Şəlalə Səmədovanın koordinatorluğu ilə bu bölmənin üzvləri “Erkən nikah və yarımçıq təhsil”, “Yaşıl dünya naminə”, humanitar bölmənin rəhbərləri Nəzakət Əzizzadə və Vüsalə Allahverdiyevanın koordinatorluğu ilə bu bölmə üzvləri isə “Tariximizin yadda qalan zəfərləri və unudulmaz liderləri” adlı mövzuları araşdıraraq rəngarəng və maraqlı təqdimatlar edib. Şagirdlər araşdırmalar zamanı şəhərimizin müxtəlif bölgələrində olaraq əhali ilə sorğu keçirib, statistik göstəricilər əldə edərək analizlər aparıb. Eyni zamanda onlar muzeylərə və mərkəzlərə baş çəkib, öz tədqiqatlarını faktlar əsasında quraraq, topladıqları məlumatları təqdimatlara əlavə edib, konfransda dinləyicilərə nümayiş etdiriblər. Konfransı giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva tədqiqat müddətində şagirlərlə tez-tez görüşüb, onlarla qurduğu əməkdaşlıqdan, şagirdlərin bu işdə könüllü və yaradıcı olduğundan və Kiçik Akademiyaların fəaliyyətlərinin orta məktəblərdə istedadlı şagirdlərin aşkara çıxmasında və onların erkən yaşdan peşə seçimində istiqamətləndirilməsində və peşəkar hazırlanmasında böyük rolu olduğundan söz açıb. Konfransda qonaq kimi iştirak edən Bakı şəhərinin 55, 21 və 229 nömrəli tam orta məktəblərinin Kiçik Akademiya rəhbərləri və üzvləri də çıxış edərək, maraqlı təqdimatlar üçün şagirdlərimizə təşəkkür edib, yeni əməkdaşlıq layihələri üzərində işləməyi və geniş təcrübə mübadilələri aparmağı təklif ediblər. Konfrans məhsuldar şəraitdə öz işini davam etdirərək, dinləyicilərə maraqlı və uğurlu hesabat təqdim edib. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktot müavini Mahirə Rüstəmova, müəllimlərə, şagirdlərə və gələn qonaqlara təşəkkür edərək, konfransı bağlı elan edib.