Bu həftə məktəb rəhbərliyi tərəfindən müvafiq sinif paralelləri üzrə BSQ-lər keçirilib
Birinci yarım ilin sona yaxınlaşması ilə əlaqədar tədris proqramında nəzərdə tutulmuş son qiymətləndirmələr-BSQ-lər birinci yarım ilin son tədris həftəsində 24.01.2022-28.01.2022- ci il tarixində Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının ( məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasını əsas tutaraq məktəbin pedaqoji şurasının qərarı ilə təsdiq edilmiş Qiymətləndirmə qrafikinə əsasən 5,6,7,8,10- cu siniflərdə buraxılış fənlərindən və 1 əlavə fəndən, 4,9,11-ci siniflərdə bütün fənlərdən BSQ-lər keçirilib.BSQ-lər keçirilən zaman sinif otaqlarına digər fənn müəllimlərindən seçilmiş nəzarətçilər təhkim edilib. Qiymətləndirmə şəffaf və rəhbərliyin nəzarəti altında aparılıb.