Qanlı və şanlı tarix! Unutmayaq..Unutdurmayaq..

19.01.2022-ci il tarixində məktəbin fəaliyyət planında nəzərdə tutulduğu kimi 20 yanvar faciəsinin 32-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar məktəb kitabxanasında 8-ci sinif şagirdləri ilə məktəb rəhbərliyi və məktəbin tarix müəllimlərinin iştirakı ilə “Qanlı və şanlı tarix” adlı debat keçirilib. Debatda şagirdlər faciəni əks etdirən video materialları izləyib, mövzu ətrafında çıxışlar ediblər. Tarix müəllimləri şagirdlərə hadisənin tarixi və siyasi izahını verib, xalqın başına gələn bu səpkili faciələrdən söz açıblar. Sonda bir gün öncə keçirilmiş və bu faciənin ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalib və fərqlənmiş şagirdləri direktor müavini Nigar Süleymanova tərəfindən diplomlarla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi