5-ci siniflərdə ingilis dili fənnindən nümunə dərslər dinlənilib

Xarici dil aylığı çərçivəsində 18.01.2022-ci il tarixində məktəbimizin 5”A” sinfində ingilis dili müəllimi Səfərova Nailənin, 5”D” sinfində isə Kərimova Samirənin nümunə dərsləri dinlənilib. Hər iki dərsdə şagirdlərin dinləyib-anlama, danışma məzmun xətti üzrə bacarıqları müxtəlif iş üsulları ilə müəllimlər tərəfindən yoxlanılıb, xarici dildə sadə cümlələrlə fikirlərini ifadə etmək və ünsiyyət qurmaq vərdişlərinə yiyələnmək səviyyələri qurduqları dialoqlar və hazırladıqları təqdimatlarla nümayiş etdirilib. Dərslərdə İKT-dən və müxtəlif resurslardan istifadə edilib. Dərləri dinləyən təcrübəli müəllimlər və məktəb rəhbərliyi nümunə dərsləri ətraflı müzakirə edib və müəllimlərə metodik tövsiyələr veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi