Məktəb rəhbərliyinin valideyn komitə sədrləri ilə növbəti görüşü keçirilib

18.01.2022-ci il tarixində Teams platforması üzərindən məktəbin siniflər üzrə valideyn komitə sədrləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. İclası məktəbin direktoru Mehriban Hacıyeva açaraq məktəbdə görülən işlər, keçirilən tədbirlər və təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün atılan addımlar barədə valideynlərə geniş məlumat verib. Daha sonra tədris işləri üzrə direktor müavini Mahirə Rüstəmova 8 və 9-cu siniflərdə məktəb və BŞTİ tərəfindən aparılmış monitorinqlərin nəticələri və şagirdlər üçün mövcud risk amilləri barədə danışıb, valideynlərə övladlarının tədris nəticələrini yüksəltməyə kömək istiqamətində tövsiyələr verib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova şagirdlərin, əsasən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyətindəki axsaqlıqlar, onların geyimində, səliqəsində və davranışlarında rastlaşılan əsas nöqsanlar ətrafında çıxış edərək, valideynləri övladları üzərində daha əsaslı nəzarət qurmağa, onlarla mütəmadi tərbiyəvi mövzuda söhbətlər aparmağa dəvət edib. İclasda məktəbin psixoloqu Sevinc Abdullayeva da şagirdlərlə aparılan psixoloji iş barədə məruzə edib. Daha sonra valideynlərə söz verilib, onların sualları cavablandırılıb, problemləri dinlənilib və rəhbərlik tərəfindən qeydə alınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi