“20 yanvar” tariximizin qəhrəmanlıq səhifəsidir
“20 yanvar” tariximizin qəhrəmanlıq səhifəsidir
“20 yanvar” faciəsinin 32-ci ildönümünün qeyd edilməsi barədə BŞTİ-nin tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə məktəb direktorunun əmrinə və məktəbin illik fəaliyyət planına əsasən məktəbimizdə qanlı faciənin anım tədbirləri keçirilməyə başlanılıb. Bu səpkidə görülən işlərdən biri də 18.01.2022-ci il tarixində 8-ci siniflərin istedadlı şagirdləri arasında “”20 yanvar” tariximizin qəhrəmanlıq səlnaməsidir” adlı inşa yazı müsabiqəsi olub. İnşa yazı müsabiqəsinin məqsədi şagirdlərin tarixi faciə barədə təsəvvürlərini düzgün formalaşdırmaq və tarixi yaranın Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izi gənc nəslin təfəkküründə əbədiləşdirmək olub. Keçmişi unutmayaq ki, ondan dərs çıxarıb düzgün gələcək qura bilək. Allah şəhidlərimizə rəhmət eləsin!